Onlayn ictimai-siyasi qəzet
Çinin DeepSeek proqramı İtaliya ərazsisində Apple və Google onlayn mağazalarında əlçatmaz olub. Musavat.com “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, Google bunun yalnız İtaliyaya aid olduğuna aydınlıq gətirsə də səbəbini açıqlamayıb.
Bloklama ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, daha əvvəl bildirilmişdi ki, İtaliyanın tənzimləyicisi olan Fərdi Məlumatların Mühafizəsi Təşkilatı, hansı şəxsi məlumatların toplandığını, hansı məqsədlər üçün, harada saxlandığını və məxfiliyinə necə təminat verildiyini aydınlaşdırmaq üçün proqramın Çinli tərtibatçıları ilə əlaqə saxlayıb. Cavab 20 gün ərzində alınmalıdır.
Qəzet xatırladır ki, ChatGPT chatbotu milli tənzimləyici tərəfindən 2024-cü ilin dekabrında 15 milyon avro cərimə ilə başa çatan müvafiq araşdırma çərçivəsində 2023-cü ilin martında artıq İtaliyada bloklanıb.
Maraqlıdır ki, “La Repubblica” bir gün əvvəl Çin proqramı ilə “müsahibə” dərc etmişdi. Nəşrin yazdığına görə, proqram Çinlə bağlı bəzi cavabları senzuradan keçirib, həmçinin “zarafat” edib “gülür”.
Yanvarın 20-də Çin şirkəti DeepSeek, ABŞ-ın OpenAI şirkətinin ChatGPT-nin təkmil versiyasını üstələdiyini iddia etdiyi R1 chatbotunun yeni versiyasını buraxıb. Eyni zamanda Çin chatbotunun tərtibatçıları, ekspertlərin qeyd etdiyi kimi, OpenAI-dən xeyli az pul xərcləyiblər. Bazarlar yeni məhsula şiddətlə reaksiya verdilər: Amerika texnologiya indeksi Nasdaq ticarətdə 3 faizdən çox, OpenAI üçün bahalı çiplər tədarükçüsü olan Nvidia-nın səhmləri isə 16,86 faiz ucuzlaşıb.
Bloomberg-in verdiyi məlumata görə, Microsoft və OpenAI Çin şirkəti DeepSeek tərəfindən OpenAI süni intellekt texnologiyalarının icazəsiz alınması ehtimalını istisna etmir.
Musavat.com
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ