İnsanlara hürriyət, millətlərə istiqlal!

Deepseek 1 günə 500 milyarderin 108 milyardını “yedi”

Çinin süni intellekt (AI) startapı DeepSeek öz süni intellekt modelini təqdim etdikdən sonra dünyanın 500 ən varlı adamının sərvəti ümumilikdə 108 milyard dollar azalıb.

Musavat.com xəbər verir ki, Bloomberg Billionaire Index-in məlumatına görə ən böyük itkiləri Oracle Korporasiyasının həmtəsisçisi Larri Ellison yaşayıb. O, yanvarın 27-də 22,6 milyard dollar itirib.

Bu məbləğ onun sərvətinin yalnız 12 faizini təşkil edib. Nvidia Corp-un təsisçisi və baş direktoru Jensen Huang səhmlərinin düşməsi nəticəsində 20,1 milyard dollar və ya sərvətinin 20 faizi ilə vidalaşmalı olub. İndi Bloomberg Billionaire Index-ə görə, onun sərvəti 101 milyard dollar qiymətləndirilir. Texnologiya səhmləri ucuzlaşdıqca Dell-in qurucusu Michael Dell 13 milyard dollar və Binance-in qurucusu Changpeng Zhao-nun 12,1 milyard dollar sərvəti də azalıb. Amma sərvətini artıran milyarderlər də var.

Məsələn, Meta-nın yaradıcısı Mark Zukerberqin sərvəti 4,3 milyard dollar, Amazon-u quran Ceff Bezosun isə 0,6 milyard dollar artıb. Nasdaq Composite İndeksi yanvarın 27-də ticarətin bağlanışında 3,07 faiz azalıb, S&P 500 isə mənfi 1,46 faizlə bağlanıb. Nvidia səhmləri bazar ertəsi ticarət sessiyası zamanı ən çox ucuzlaşaraq 118,42 dollar ilə bağlanıb, bu da kapitallaşmada təxminən 590 milyard dollar itkiyə səbəb olub. The Financial Times qeyd edib ki, bu, 1 gündə şirkətin kapitallaşmasında ən güclü eniş olub. Nasdaq birjasının məlumatına görə, hazırda səhmlər 116,7 dollara düşüb. DeepSeek 2023-cü ildə Çində yaradılıb. O, açıq mənbəli AI modellərini hazırlayır.

The Wall Street Journal yazır ki, böyük dil modeli DeepSeek R1 hələ də OpenAI və Google-dan geri qalır, lakin onlar üçün artıq ciddi rəqib olması da şübhəsizdir. Çin startapı Nvidia çiplərindən istifadə edən Amerika şirkətlərindən daha az inkişaf etmiş çiplərdən istifadə edir. Bununla belə, DeepSeek-ə görə, onların süni intellekt modeli rəqiblərin inkişaflarına yaxındır və ya hətta müəyyən mənada üstündür və eyni zamanda daha ucuzdur. Bloomberg yazır ki, DeepSeek-in inkişafı süni intellekt sahəsində ABŞ-ın texnoloji üstünlüyünü şübhə altına alır və eyni zamanda texnologiyanın inkişafı üçün əhəmiyyətli xərclərə ehtiyac olduğunu ortaya qoyur. Bundan əlavə, mövcud vəziyyət Çinə Nvidia çiplərinin tədarükü ilə bağlı ABŞ-ın ticarət məhdudiyyətlərinin effektivliyi ilə bağlı suallar yaradır. Təkcə yanvarın 27-də DeepSeek R1 chatbot tətbiqi iPhone-da yükləmələrin sayına görə Amerika ChatGPT-ni ötüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR