İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dedim, gəlin, yenə dağıdın buraları”

Əməkdar artist Hüsniyyə Mürvətova yanacaqdoldurma məntəqəsində başına gələn hadisəni izləyiciləri ilə bölüşüb.

Musavat.com xəbər verir ki, aktrisa tamaşaçı diqqətindən danışıb:

"Bir həftə əvvəl yanacaqdoldurma məntəqəsində yanacaq doldurandan sonra şlanqı maşından çıxarmadan sürmüşdüm. Orada olanları danışsam, söhbətim uzun çəkəcək. Bu gün yenə eyni yerə getmişəm. Oğlan deyir, xoş gəlmisiniz... Mən də gülə-gülə onun dilindən, hə, gəlin yenə dağıdın buraları dedim, güldük. Oğlan dedi ki, mən sizin səsinizin vurğunuyam, həmişə səslədirdiyiniz filimlərə baxanda deyirdim, görəsən, bu xanımı nə vaxtsa yaxından görəcəyəm? Dedim ki, gör, necə ürəkdən arzulamısan ki, xanımı yox, od-alov gördün. Oğlan dedi ki, heç ağlıma gəlməzdi... Sonra söylədi ki, səhv etmirəmsə, 1999-cu ildən film səsləndirirsiniz. Dedim, bəli. Burada ciddiləşdim və bu sözdən məmnun oldum... Dedim, nə yaxşı ki, sizin kimi diqqətli tamaşaçılarımız var. Bu, məni çox sevindirir. Var olun. Hər dəfə o qədər dəqiq məlumatları deyirsiniz ki, yaradıcılığımdan, mən çox təəccüb edirəm və xoşbəxt oluram... Bu sözləri deyib, xoş hisslərlə sağollaşdım. Və inanıram ki, bir də yanacaqdoldurma məntəqəsində tufan qoparmayacağam".

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR