Onlayn ictimai-siyasi qəzet
“Hamını qanadının altına yığan, rahat, ürəyi geniş insan idi. İlk tanışlığımız “Sirr” serialında oldu. Bir neçə bölüm çəkiliş sonra televiziyada yayıma başladı. Məni komediya janrında seriala dəvət etdilər. Dedim, gedim, axı maddi durumumuzu nə iləsə düzəltməliyik”.
Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri “Ötən günlər” verilişində aktrisa Zemfira Əbdülsəmədova “SOY” prodakşının mərhum rəhbəri Oqtay Əliyevlə bağlı deyib.
O bildirib ki, illər öncə eyni anda iki seriala çəkiləndə O. Əliyevlə bu söhbəti edib:
“Oqtayın xəbəri oldu, məni çağırdı. Çox ciddi görünürdü. İlk dəfə onu elə görürdüm. Dedim, nə olub ki, Oqtay? Dedi ki, əmək məcəlləsindəki qanunu pozmusunuz. Bir aktrisa eyni vaxtda iki seriala çəkilə bilməz, buna görə də siz 40 min cərimə olunmalısınız. Dedim, Oqtay, məndə o qədər pul nə gəzir? Dedi, yox, qaydanı pozmusunuz. Söylədim ki, indi buradan çıxım, ya oradan? Dedi, ordan çıxın, nəyinizə lazımdır? Bizim hələ layihələrimiz var, çalışacağıq: “Komediya istəyirsən, səni çəkəcəyəm”.
Oradan çıxdım. Sonra “Üç bacı”ya çəkildim. Böyük obraz idi. Çalışdıq, etdik, birgə məsləhətləşdik ki, necə daha yaxşı edə bilərik. Hətta yolda gedirdim, məni simamdan tanımırdılar. Amma səsimi eşidən kimi, deyirdilər ki, Xədicə. Xalqın sevimlisinə çevrildi. Mənim boynumda Oqtayın böyük haqqı var”.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ