İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəbdəbəli toy mərasimində dəhşətli anlar - Dünya hələ beləsini görməmişdi - VİDEO

Keniyada keçirilən dəbdəbəli toy mərasimində inanılmaz hadisə yaşanıb. Toy iştirakçılarından biri helikopterə minməsinə icazə verilmədiyi üçün riskli addım ataraq uçuş zamanı helikopterin şassisinə yapışıb.

Təhlükəli vəziyyətlə üzləşən pilot təcili eniş etmək məcburiyyətində qalıb.

Hadisə zamanı helikopter toy məkanından havaya qalxarkən adı açıqlanmayan şəxs gözlənilmədən hava gəmisinin alt hissəsinə - şassiyə yapışaraq uçuşa davam edib. 

Keniya aviasiya hakimiyyətləri hadisədən dərhal sonra məsələ ilə bağlı araşdırmaya başlayıblar. Həmin şəxs sonradan evində yaxalanaraq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yerli mediada yayılan məlumatlara görə, saxlanılan şəxs hadisə zamanı psixoloji sarsıntı yaşayıb və sağlamlıq vəziyyəti nəzərə alınaraq ilkin tibbi yardım göstərilib.

Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və aviasiya təhlükəsizliyi baxımından ciddi narahatlıqlar doğurub./Milli.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR