İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daşnaksütyun” Ermənistan iqtidarı ilə görüşdən imtina etdi

Noyabrın 11-də Belçika Erməniləri Komitəsi erməni icması nümayəndələrinin Ermənistan Baş naziri aparatının diasporla iş üzrə baş komissarı Zareh Sinanyanla görüşü keçirilməli imiş.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Daşnaksütyun”un Belçika “Hay Data” komitəsi həmin görüşdən imtina edib.

Daşnaklar bunu Zareh Sinanyanın antimilli və parçalayıcı fəaliyyət göstərməsi ilə izah ediblər.

“Ermənistan hökumətinin bu nümayəndəsi diasporadakı ənənəvi milli təşkilatların rolunu aşağı salmaq və yeni təyin olunmuş şəxsləri uzun müddət fəaliyyət göstərən nüfuzlu strukturların əvəzinə öz adamlarını tanıtmaq üçün çox səy göstərib. Ermənistanı satışa çıxaran antimilli qüvvələr birlik ideyasını heç vaxt reallaşdıra bilməz”, - deyə bəyanatda bildirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR