Onlayn ictimai-siyasi qəzet
Ermənistan iqtidarının rəsmi Bakıya qarşı qaldırılmış iddialardan imtina etməsi, faktiki olaraq Azərbaycanın mövcud situasiyanı leqallaşdırmasına yardım edir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentində "Ermənistan" blokundan olan deputat, daşnak İşxan Saqatelyan Facebook səhifəsində yazıb.
O, Ermənistannın Azərbaycana qarşı beynəlxalq şikayətlərdən imtina etməsinin rəsmi İrəvan üçün fəlakətli nəticələr yol açacağını ifadə edib.
Qeyd edək ki, Ermənistan Azərbaycana qarşı BMT Beynəlxalq Məhkəməsində bir, Avropa insan Haqları Məhkəməsində isə 4 müxtəlif iddia qaldırıb.
Musavat.com
19 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ