İnsanlara hürriyət, millətlərə istiqlal!

"Daşnak əməliyyatı" davam edir - Daha bir radikal saxlanıldı

Ermənistanın radikal "Daşnaksütyun" partiyasının daha bir üzvü saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin “Hayastan” fraksiyasından olan deputatı Tadevos Avetisyan sosial şəbəkədə məlumat yayıb.

Qeyd edilir ki, qurumun Ararat Regional Komitəsinin üzvü Qarnik Manukyan artıq həbs edilib. Onun sözlərinə görə, qərar Artaşatdakı ümumi yurisdiksiya məhkəməsində çıxarılıb. Məlumata görə ona 2 aylıq iş kəsilib.

Paşinyan "Daşnaksütyun"çulara divan tutur: Evlərdə axtarışlar gedirXatırladaq ki, yanvarın 11-də hüquq-mühafizə orqanlarının əməkdaşları "Daşnaksütyun"un Ararat Regional Komitəsinin nümayəndəsi Gerasim Vardanyanın da daxil olduğu partiya üzvlərinin evlərində axtarışlar aparıblar. Daha sonra Artavazd Markaryan və Qarnik Manukyan və daha bir daşnak saxlanılıb. Onlara qarşı Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 2-ci bəndi (zorakılıq, əmlaka ziyan vurma və ya şantaj hədəsi ilə şəxsləri qanuni və ya qanunsuz hərəkətlərdə iştirak etməyə məcbur etmə) ilə ittiham irəli sürülüb.

Ermənistan İstintaq Komitəsinin yaydığı məlumata görə isə müxalif partiyanın üzvlərinin evlərində keçirilmiş axtarışlar zamanı "Hayastan” blokuna aid işarələnmiş sənədlər tapılıb. Həmin sənədlərdə insanları aksiyalara rüşvətlə cəlb etməyə dair imzalar, pul alınmasına dair məlumatlar və s. aşkar olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR