İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənddə avtobus sürücüsü salonu “kişi” və “qadın” bölmələrinə ayırıb

Özbəkistanın paytaxtında avtobus sürücüsü salonu “kişi” və “qadın” sektorlarına bölmək qərarına gəlib.

Musavat.com nuz.uz saytına istinadən xəbər verir ki, o, avtobusun şüşələrinə müvafiq elanları yapışdıraraq, əks cinsdən “yad” ərazidə dayanmamağı və oturmamağı xahiş edib.

Sosial şəbəkə istifadəçilərinin bu təşəbbüslə bağlı fikirləri ikiyə bölünüb. Bəziləri belə qərara gəlib ki, sürücü beləliklə öz avtobusuna dini prinsiplər daxil etməyə çalışıb, bəziləri isə hesab edir ki, bu, qadınları nəqliyyatda təqiblərdən qoruyacaq.

“Toşşəhərtransxizmat” yaranmış vəziyyətə münasibət bildirərək, belə elanların həqiqətən də 43 saylı marşrutda işləyən avtobusda vurulduğunu təsdiqləyib. Anonslar operativ şəkildə yığışdırılıb, bütün avtobus sürücülərinə və konduktorlara icazəsiz avtobusların salonlarında hər hansı elanın yerləşdirilməsinin yolverilməz olduğu xatırladılıb.

“Toşşəhərtransxizmat” ASC-nin informasiya xidmətindən xatırladıblar ki, belə hallar yaranarsa, sərnişinlər sürücüdən şikayət edə bilərlər.

Xatırladaq ki, Özbəkistanda qızlara qarşı təzyiqlərə görə cəza sərtləşdirilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR