İnsanlara hürriyət, millətlərə istiqlal!

Daşkənd sakinlərini təhqir edən qız 10 sutka həbs edilib

Fevralın 10-da Daşkənd şəhərinin Yunusabad Rayon Cinayət Məhkəməsində sosial şəbəkələrdə şəhər sakinlərini təhqir edən qızın inzibati işi üzrə Anorzor məhəlləsində məhkəmə iclası keçirilib.

Musavat.com Qazeta.uz-a istinadla xəbər verir ki, məhkəmə materiallarına görə, 24 yaşlı N.X fevralın 5-də şəxsi İnstaqram səhifəsində paytaxt sakinlərinin ünvanına təhqiramiz ifadələr yer alan 3-4 video yerləşdirib və 5 dəqiqə sonra silib.

O, taksi sürücüsünün onun haradan olduğunu soruşduqdan sonra hirslə video çəkdiyini bildirib . Guya sürücü ona belə deyib: “Siz heyvansınız. Siz gəldiyinizdən bəri Daşkənddə həmişə tıxac olur. Sən qız olduğun üçün səni daha aşağı qiymətə aparıram”.

Qız qeyd edib ki, onun sözləri bəzi taksi sürücülərinə ünvanlanıb, bloqerlər isə sosial şəbəkələrdə təhqir dolu videoların hissələrini yayıblar.

O, səhhətinə görə 4 dəfə narkoz aldığını, bu səbəbdən də tez özündən çıxdığını və uzun müddət sakitləşə bilmədiyini bildirib.

Təqsirləndirilən şəxs təqsirini tam etiraf edərək, peşmançılıq çəkdiyini, cəzasının yüngülləşdirilməsini istəyib.

İş üzrə zərərçəkənlər Yunusabad rayonunun Bogieram və Boqişamol məhəllələrinin icra nümayəndələri olub. Onlar qızın dediklərini özlərinə qarşı təhqir kimi qiymətləndirib və ona qarşı qanuni tədbir görülməsini istəyiblər. Bogieram məhəlləsinin sədri bildirib ki, N.X.-nin əməllərinə biganə qalmaq olmaz, əks halda insanlar ona qarşı linç edə bilər.

Məhkəmə N.X-ni İnzibati Xətalar Məcəlləsinin 183-cü (xırda xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilib və 10 sutka müddətinə inzibati həbs cəzası verib. O, həmçinin xüsusi təcridxanada saxlandığı hər gün üçün əsas hesablanmış məbləğin 15%-i məbləğində cərimə ödəyəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR