İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha iki itkin-şəhid dəfn ediləcək - FOTO

Daha iki itkin-şəhid dəfn ediləcək.

Musavat.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumata görə, Birinci Qarabağ müharibəsində itkin düşmüş Behbudov Daşqın Nəsrəddin oğlunun qalıqları Göyçay rayonunda, Atayev Atakişi Qəhrəman oğlunun qalıqları Bakının Keşlə qəsəbəsində martın 19-da dəfn olunacaq.

Daşqın Behbudov 1994-cü ildə Füzuli rayonunun Şükürbəyli kəndində, Atakişi Atayev isə 1992-ci ildə Xocalının Naxçıvanlı kəndi istiqamətində itkin düşüb.

 

 
 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR