İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə Azərbaycanla Ermənistanın delimitasiya razılaşmasını alqışladı

Norveç Azərbaycanla Ermənistan arasında regiona fayda verəcək sürətli irəliləyişləri gözləyir.

Bu barədə Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eyvind Vad Peterssonun "X" sosial şəbəkəsindəki paylaşımında deyilir.

“Norveç Ermənistan ilə Azərbaycan arasında sərhədin delimitasiyası prosesində razılaşmanın əldə olunması barədə sevindirici xəbəri alqışlayır, biz bu mühüm işdə hər iki ölkəyə və bütün regiona fayda verəcək nəticələrə nail olmaq üçün sürətli irəliləyişi gözləyirik”, - paylaşımda qeyd edilir.

Publika.az 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR