İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir məşhur iş adamı Rusiyadan imtina etdi

Tanınmış rusiyalı iş adamı, Yandexin yaradıcılarından biri olan Arkadi Voloj Avropa İttifaqına rəsmi şəkildə müraciət edərək, adının sanksiya siyahısından çıxarılmasını xahiş edib.

Musavat.com Financial Times-a istinadən xəbər verir ki, iş adamı xahişini Rusiyanın Ukraynaya hücumunu pisləməsi, bu ölkə ilə bütün əlaqələrini kəsməsi ilə əsaslandırıb.

Sentyabrda Avropa İttifaqı sanksiya siyahısını yeniləməlidir. A.Voloj bu yenilənmə zamanı adının siyahıdan çıxarılacağına ümid edir. O, səhifəsində özünü Qazaxıstanda doğulmuş İsrailli iş adamı kimi təqdim etməyə başlayıb.

Financial Times-in yazdığına görə, Brüssel Volojun müraciətinə müsbət cavab verərsə, bu, digər bir sıra Rusiya əsilli iş adamlarının da eyni addım atmasına gətirib çıxaracaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR