İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir FƏLAKƏT: İnsanlar "ətyeyən bakteriya"ya görə əl-ayaqlarını itirirlər

ABŞ-nin Florida ştatında "Helen" və "Milton" dağıdıcı qasırğalarından sonra əsl kabus yaşanır. Belə ki, geniş miqyaslı dağıntı və daşqınlarla yanaşı, təbii fəlakət görünməz, lakin ölümcül təhlükə - "Vibrio vulnificus" bakteriyasını da gətirib.

Bu barədə Florida Səhiyyə Nazirliyi xəbər yayıb.

Bildirilir ki, "ətyeyən bakteriya" kimi də tanınan bu infeksiyaya ümumilikdə 74 yoluxma halı qeydə alınıb, bunlardan 13-ü ölümlə nəticələnib.

"Vibrio vulnificus" isti sahil sularında yaşayan vibriobakteriyadır. Yoluxma çirklənmiş suyun udulması və ya açıq yaralara düşməsi nəticəsində baş verir.

"Ətyeyən bakteriya" yara ətrafındakı dəri və yumşaq toxumaların sürətlə məhv olmasına səbəb ola bilir, bu isə ətrafların amputasiyasına və ya hətta ölümə gətirib çıxarır.

Xəstəliyin əlamətlərinə ishal, mədə spazmları, ürəkbulanma, qusma, qızdırma, üşütmə, aşağı qan təzyiqi və dəridə qabarcıqlar daxildir. Müalicə antibiotiklərlə aparılır, lakin ağır hallarda infeksiyanın yayılmasının qarşısını almaq üçün amputasiya tələb oluna bilər./oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR