Onlayn ictimai-siyasi qəzet
Tomsk Şəhər Dumasının deputatı Kseniya Fadeyeva istintaq təcridxanasına göndərilib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tomskın keçmiş deputatı Andrey Fateyev məlumat verib.
Dövlət ittihamçısı Andrey Yeryomin hakim Dmitri Xudyakovun Fadeyevanın ev dustaqlığı ilə bağlı əvvəlki qərarı ilə razılaşmayıb və deputatın istintaq təcridxanasına göndərilməsini istəyib. Qərarı digər hakim Arkadi Kin dəstəkləyib. Hakim hesab edib ki, Fadeyeva ona qoyulmuş qadağalardan birini pozub.
Kseniya Fadeyeva seçkilərdə qalib gələrək vilayət Dumasına daxil olan tək-tük müxalif deputatlardan sayılır. Fadeyeva 2021-ci ildə “ekstremist cəmiyyət təşkil etmək” ittihamı ilə saxlanılıb. Onu 12 ilə qədər həbs gözləyir. Tomsklu deputatın Aleksey Navalnı ilə yaxın olduğu bildirilir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ