İnsanlara hürriyət, millətlərə istiqlal!

Cuvarlıdakı tənha qəbir: ayaqda qalan məzarlarımız da erməni işğalına dirənib

Musavat.com xəbər verir ki, tanınmış həkim Zülfüqar Yusifov öz kəndini ziyarət edib.

Füzuli rayonunun Cuvarlı kəndi gerçəkdən bir cənnət guşəsi kimidir. Gördüklərindən riqqətə gələn həkim çəkdiyi videoda öz duyğularını kadr arxasından da ifadə edir. Daha sonra babası Zülfüqarın 30 ildən çoxdur ziyarət olunmayan məzarını ziyarət edib.

"Adını daşıdığım babam bu bir qərinəlik işğal dövrünü bax beləcə, ayaqüstdə qalıb", - deyə, həkim qeyd edir. Sanki Zülfüqar kişinin məzarı işğalçı erməniyə dirənirmiş kimi, yıxılmadan, ayaqda qalmaqla mübarizə aparıb.

Qovuşduran Allaha şükürlər olsun. Qarabağı işğaldan qurtaran Ali Baş Komandana, ordumuza, şəhidlərimizə və qazilərimizə minnətdarıq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR