İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29-da iştirak edəcək ölkələrin pavilyonlarının təşkili üzrə müraciətlərin qəbulu başlayıb

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında iştirak edəcək tərəflərin pavilyonlar üzrə rəsmi müraciətlərinin qəbuluna başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti müvafiq portalı istifadəçilərin ixtiyarına verib.

COP tədbirlərində geniş təcrübəyə sahib olan “Orientations.events” şirkəti vahid prosesin təşkili və icrası üzrə tərəfdaş seçilib. Ölkələrin iştirakını asanlaşdırmaq üçün rəqəmsal platforma olan “COP29 nümayəndəlik xidmətləri portalı” maraqlı tərəflərin istifadəsi üçün təqdim edilib. Portal nümayəndə heyətlərinə COP29-da iştirak üçün maraqlarını ifadə etməyə və onların Göy Zonada iştirakçılığı ərəfəsində bütün zəruri əlavə xidmətləri seçməyə imkan verir.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabr ayında Azərbaycanda keçiriləcək. Konfransda 197 üzv dövlət və Avropa Birliyi təmsil olunacaq.

Bakı Stadionu COP29 Konfransı və eləcə də Yaşıl Zona proqramı və tədbirləri üçün vahid məkan kimi xidmət edən beynəlxalq arenaya çevriləcək. BMT-nin təşkilatçı qrupu ilə birgə Stadionun ərazisini COP29-un Göy və Yaşıl Zonalarına ayıran müfəssəl plan tamamlanma mərhələsindədir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR