Onlayn ictimai-siyasi qəzet
Builki Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP29) ev sahibliyi edən Azərbaycan iki həftəlik barışıq təklifi ilə illik tədbiri geosiyasi gərginlikdən qorumağı hədəfləyir.
Bu barədə "İndia Times" resursunda dərc olunan materialda bildirilir.
Qeyd olunur ki, Olimpiya atəşkəsindən ilhamlanan bu təşəbbüs iqlim dəyişikliyi ilə bağlı aktual problemi həll etmək üçün ölkələri birgə səylər istiqamətində birləşdirmək məqsədi daşıyır.
Materialda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri yer alır. O, hazırkı qlobal geosiyasi qütbləşmənin soyuq müharibə dövrünü xatırlatdığını vurğulayıb.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ