İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Bolton: "Putin Belarusda nüvə silahı yerləşdirmək qərarında blef etmir"

"Rusiya prezidenti Vladimir Putin Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarında blef etmir".

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş köməkçisi Con Bolton  "The Hill" qəzetinə müsahibəsində deyib.

Amerikalı siyasətçi qeyd edib ki, Putin çox güman, əvvəllər Vaşinqtonu “nüvə qılıncıyla” hədələmək istəyəndə blef edib. “Ola bilsin ki, o, burada taktiki nüvə silahlarını əslində Belarusa ötürə bilməsi mənasında blef etmir ki, bu da ayrı bir problemdir”.

Eyni zamanda, Boltonun fikrincə, hərbi baxımdan bunun böyük əhəmiyyəti olmayacaq. O xatırladıb ki, Kalininqrad vilayətində çoxlu sayda Rusiya nüvə raketləri, pilotsuz təyyarələr və digər silahlar yerləşdirilib. “Rusiyanın Kalininqrad anklavında onsuz da malik olduğu imkanlar ən böyük təhlükə yarada bilər”, - Bolton deyib.

Bundan əvvəl Avropa İttifaqının xarici xidmətinin nümayəndəsi Piter Stano bildirmişdi ki, Avropa İttifaqı (Aİ) Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsini cavabsız qoymayacaq və Minskin bu təşəbbüsü təsdiqləyəcəyi təqdirdə cavab verəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR