İnsanlara hürriyət, millətlərə istiqlal!

Co Bayden: ABŞ tezliklə “İranı azad edəcək”

Prezident Co Bayden ABŞ-ın tezliklə “İranı azad edəcəyini” deyib və əlavə edib ki, bu ölkənin sakinləri “özlərini azad edəcək”.

Musavat.com BBC-yə istinadən xəbər verir ki, Birləşmiş Ştatların lideri bu fikri cümə axşamı Kaliforniyada Demokratlar partiyasının yerli namizədinə dəstək üçün keçirilən seçki kampaniyasında çıxışı zamanı səsləndirib. Co Baydenin çıxışı C-Span telekanalı tərəfindən canlı yayımlanıb.

ABŞ prezidenti amerikalı veteranlarına göstərilən səhiyyə xidməti ilə bağlı vəziyyətdən danışarkən gözlənilmədən zaldakı qonaqlardan birinin İran mövzusuna toxunmaq çağırışına cavab verib. “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar özlərini tezliklə azad edəcəklər”, - deyə Cozef Bayden bildirib. Bu sözlər zalda əyləşən insanların alqışları ilə müşayiət olunub.

Hadisələr fonunda ABŞ və Avropa İttifaqı İranda etirazların zorakılıqla yatırılmasına görə məsuliyyət daşıyan fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq edib. Tehran isə öz növbəsində Vaşinqton və Brüsselin sanksiyalardan İranda sosial gərginliyi artırmaq üçün alət kimi istifadə etdiyini deyib.

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR