İnsanlara hürriyət, millətlərə istiqlal!

ÇL: "Qarabağ" böyük hesabla məğlub oldu

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" səfərdə "Dinamo"nun (Zaqreb, Xorvatiya) qonağı olub.

"Report" xəbər verir ki, "Maksimir" stadionunda keçirilən matçda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Görüşdə hesabı 29-cu dəqiqədə Marko Pyaça açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi iki topa çatdırıb. 5 dəqiqə sonra daha bir qol vuran Kulenoviç dubl müəllifi olmaqla görüşdə yekun hesabı müəyyənləşdirib.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü avqustun 28-də Bakıda baş tutacaq.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında üçüncü qol vurulub.

Zaqrebin "Dinamo" komandası "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edir.

80-ci dəqiqədə Sandro Kulenoviç dubl müəllifi olub.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab dəyişib.

Zaqrebin "Dinamo" komandası "Qarabağ"a ikinci qolu vurub - 2:0.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda öndədir - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında ilk hissə yekunlaşıb.

"Report" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri fasiləyə öndə yollanıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib. 

***

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində davam edən "Dinamo" (Zaqreb, Xorvatiya) - "Qarabağ" matçında hesab açılıb.

"Report" xəbər verir ki, "Maksimir" stadionundakı oyunda ev sahibləri hesabda önə çıxıb - 1:0.

29-cu dəqiqədə Marko Pyaça fərqlənib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR