Onlayn ictimai-siyasi qəzet
Çin istehsalı olan superkar U9 heyrətamiz xüsusiyyətlərlə avtomobil dünyasını təəccübləndirib.
Musavat.com xəbər verir ki, bu texnologiya möcüzəsi yolda yaranan problemləri “uçaraq” həll edir.
Superkar sürətlə gedərkən maneələri təkərlə deyil, havada keçərək aşır.
Yayımlanan videoda U9 pilotsuz idarəetmə rejimində 120 km/saat sürətlə hərəkət edir və 6 metr uzunluğunda bir çuxuru “uçaraq” keçir. Bu xüsusiyyət avtomobili adi avtomobillərdən tamamilə fərqləndirir.
“Yasamaldakı yollar üçün ideal variantdır!” - deyə sosial şəbəkələrdə avtomobilin bu texnologiyası ilə bağlı zarafatlar edilir.
Bu innovativ texnologiya gələcəkdə avtomobillərin tıxaclar və pis yol şəraiti kimi problemlərlə mübarizəsində inqilab yaradacaq kimi görünür.
Mənbə: Haqqin.az
Musavat.com
09 Yanvar 2025
08 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ