İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin nəhəng şirkəti Rusiyaya məhsul satışını dayandırdı

Çin informasiya texnologiyaları nəhəngi Huawei Rusiyaya smartfonların birbaşa ixracını tamamilə dayandırıb. Musavat.com “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, şirkət ölkədə fəaliyyətini tam dayandırmaq niyyətindədir.

Huawei artıq Rusiyaya planşet, noutbuk,televizor və digər texnikalarının da birbaşa satışını dayandırıb. “Telecom Daily” şirkətinin baş direktoru Denis Kuskovun nəşrə bildirdiyinə görə, şirkətin rəsmi mağazalarından Huawei məhsullarını indi də tapmaq olur – onlar əvvəlki idxaldan qalanlardır. Yeni mallar isə artıq bir neçə aydır gətirilmir.

“İzvestiya” yazır ki, Huawei yaz aylarından Rusiyaya mobil rabitə üçün baza stansiyalarının ixracını dayandırıb. Bundan əlavə, şirkətin Rusiyadakı əməkdaşlarının hamısı Qazaxıstan və Özbəkistana aparılıb və onların qayıtmaları gözlənilmir.

Şirkətin Rusiyadakı nümayəndəliyi nəşrin suallarını cavablandırmayıb. Amma bir sıra satış şəbəkələrindən bildiriblər ki, Huawei-in məhsullarının Rusiyaya ikili idxalını yoluna qoyurlar. Çünki şirkətin bunu birbaşa etməsi Qərbin tətbiq etdiyi sanksiyaları pozmaq kimi qiymətləndirilə, ABŞ və Avropa tərəfindən cəzalandırıla bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR