İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin neft idxalı kəskin azaldı: Bazarda qiymətlər enəcək

Bu ilin yanvar-fevralında Çin xarici ölkələrə 540 milyard dollarlıq mal ixrac edib.

Musavat.com Çin Baş Gömrük İdarəsinin hesabatına istinadən xəbər verir ki, göstərici illik müqayisədə 2,3 faiz artım nümayiş etdirib.

İki ayda idxal 8,4 faiz azalaraq 369,4 milyard dollara düşüb ki, bu da 2023-cü ilin iyulundan bəri ən böyük azalmadır.

“Trading Economics” analitikləri orta hesabla ixracın 5 faiz, idxalın isə 1 faiz artacağını proqnozlaşdırmışdılar.

Maraqlıdır ki, Çinin ticarət müharibəsində olduğu ABŞ-a ixracı iki ayda 2,3 faiz, idxalı isə 2,7 faiz artıb, Rusiyadan idxalı isə 3,9 faiz azalıb.

Ölkə ayrı-ayrı məhsullardan taxıl idxalını 35,6 faiz, soya idxalını 14,8 faiz, kömür idxalını 18,5 faiz, neft idxalını 10,5 faiz, neft məhsulları idxalını 15 faiz, təbii qaz idxalını 13,8 faiz, avtomobil idxalını 50,3 faiz, polad idxalını 7,9 fazi azaldıb.

Çinin yanvar-fevral aylarında xarici ticarət profisiti 2024-cü ilin eyni dövründəki 125,16 milyard dollarla müqayisədə 170,52 milyard dollar olub. O cümlədən, ABŞ-la ticarət dövriyyəsinin müsbət saldosu 49,05 milyard dollar təşkil edib.

Qeyd edək ki, Çin dünyanın ən böyük idxalçı ölkəsidir. Onun idxalının azalması xüsusilə xammal bazarları üçün ciddi mənfi siqnal hesab olunur. Çünki ən böyük istehlakçının alışları azaltması iqtisadiyyatda inkişafın ləngiməsinin göstəricisi hesab olunur. Bu, ötən ildən Çin iqtisadiyyatında başlayan artım sürətinin azalması prosesinin davam etdiyini göstərir.

Ötən həftə Çin Kommunist Partiyasının yığıncağında iqtisadi artımın dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlər elan edilib. Lakin analitiklər bu tədbirlərin qarşıya qoyulan 5 faizlik iqtisadi artım planına əməl edilməsi üçün yetərli olmayacağı qənaətindədirlər.

Bazarlar daha güclü dəstək tədbirləri gözləyirdilər. Çinin idxalının azalması fonunda yetərli dəstək tədbirlərinin elan olunmamasının xammal, xüsusilə də neft bazarında qiymətləri daha da aşağı çəkəcəyi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR