İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinə təbii qazı hamıdan ucuz Norveç SATIR

Avropada təbii qaz istehlakının məqsədyönlü şəkildə məhdudlaşdırılması Norveçi öz məhsulları üçün yeni, logistik cəhətdən əlverişsiz bazarlar axtarmağa məcbur edib.

Musavat.com xəbər verir ki, belə bazarlardan biri Çindir.

Çinin xarici ticarət statistikasından aydın olur ki, Norveç Avropanın almadığı maye qaz həcmlərini uzaq Çin bazarında reallaşdırmaq üçün spot kotirovkalarda 10 faiz endirim etməli olub. Norveç son dəfə Çinə LNG-ni 2019-cu ilin yazında satmışdı.

Rusiya ilə enerji əlaqələrindən uzaqlaşan Avropa İttifaqı qazdan istifadəni azaltmağa çalışır. Yay aylarında Avropaya LNG tədarükü 25-30 faiz azalıb.

Çin Baş Gömrük İdarəsinin hesabatına əsasən iyun ayında Norveç Çinə min kubmetri 400 dollardan LNG partiyasını tədarük edib. Eyni zamanda 2024-cü ilin iyun ayı üçün orta LNG idxal qiyməti 427 dollar, regional JKM Platts indeksi (Japan Korea Marker, Yaponiya, Cənubi Koreya, Çin və Tayvana tədarük edilən yüklərin spot bazar dəyərini əks etdirir) 450 dollara çatıb.

Bununla yanaşı, Çin (anormal istilər səbəbindən Hindistan və ya Cənubi Koreya kimi spot bazarda fəal olan qonşuların iştahının artmasına diqqət yetirməklə) spot bazarda fəaliyyətini məhdudlaşdırıb.

Çin planetin ən böyük LNG alıcısıdır. İyun ayında ölkəyə mayeləşdirilmiş təbii qazın tədarükü 5,9 milyon ton (7,7 milyard kubmetr) təşkil edib ki, bu da ötən illə müqayisədə 1 faiz çoxdur.

İyun ayında Çinə əsas LNG tədarükçüləri Avstraliya (1,8 milyon ton, +10 faiz), Qətər (1,4 milyon ton), Rusiya və ABŞ hər biri 0,7 milyon ton olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR