İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən Ukraynaya ixrac 42 faizə yaxın artıb: Pekin Kiyevə nə satıb?

2024-cü ilin yanvar-iyul aylarında Çinin Ukraynaya ixracı illik ifadədə 41,9 faiz artaraq 2 milyard dollardan çox olub.

Musavat.com xəbər verir ki, bu barədə Çin Baş Gömrük İdarəsi (GCU) məlumat yayıb.

Nəşr edilən məlumatlara əsasən, Ukraynanın Çinə idxalı 6,5 faiz ixracı artaraq təxminən 3,2 milyard dollara çatıb. Nəticədə ölkələrarası ticarətin həcmi 18 faiz artaraq 5.2 milyard dolları keçib. Ukraynanın Çinlə ticarətdə müsbət saldosu təxminən 1,2 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin yeddi ayı ilə müqayisədə 22 faiz azdır.

Təkcə iyul ayında Çin və Ukrayna arasında ticarət dövriyyəsinin həcmi iyun ayı ilə müqayisədə 3,6 faiz artaraq 732,1 milyon dollara çatıb. Bu, Ukrayna məhsullarının tədarükünün artması hesabına baş verib: Çinin ixracı aylıq müqayisədə 7,9 faiz azalıb (311 milyon dollara), idxal 14,2 faiz artıb (421,1 milyon dollar).

Çinin Ukraynaya ixracının əsasında sadələşdirilmiş gömrük rəsmiləşdirilməsinə malik istehlak malları, avtomobillər və onların komponentləri, litium akkumulyatorlar, avtobuslar, yük maşınları və minik avtomobilləri üçün təkərlər, televiziya və telekommunikasiya avadanlıqları, smartfonlar, məişət elektrik və tibbi cihazlar, kompüterlər və bir çox başqa məhsullar dayanır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR