Onlayn ictimai-siyasi qəzet
Bu ilin birinci rübündə Çin Rusiya neftinin idxalını illik müqayisədə 14,7 faiz azaldaraq 24,315 milyon tona endirib.
Musavat.com xəbər verir ki, məlumatı Çinin Baş Gömrük İdarəsi yayıb.
Bildirilir ki, ilk üç ayda Rusiyadan neft tədarükünün dəyəri 13 milyard dollar təşkil edib ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 22 faiz azdır. Buna baxmayaraq, Rusiya hələ də Çinə neft tədarükçüləri arasında birinci yerdədir.
Neft Rusiyadan Çinə bütün ixracın dəyərinin 40 faizindən çoxunu təşkil edir.
Martda Rusiya Çinə 8,85 milyon ton neft tədarük edib ki, bu da fevral ayı ilə müqayisədə 14 faiz çoxdur. Dəyər ifadəsində bu idxal 4,6 milyard dollara bərabər olub ki, bu da ötən aydan 9 faiz çoxdur.
2024-cü ildə Çin Rusiyadan neft tədarükünü 1,3 faiz artıraraq 108,47 milyon tona çatdırmışdı.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ