İnsanlara hürriyət, millətlərə istiqlal!

AES üzərində naməlum dronlar göründü – Təcili təhlükəsizlik tədbirləri

Yaponiyanın “Genkai” adlı atom elektrik stansiyasının üzərində naməlum pilotsuz uçuş aparatları (dronlar) qeydə alınıb.

Musavat.com xəbər verir ki, hadisə qapalı hava məkanında baş verib və dərhal təhlükəsizlik qurumları hərəkətə keçib.

Yapon mediasının məlumatına görə, üç dron AES üzərində görüntüləndikdən sonra qəfil yoxa çıxıb və nə stansiya ərazisində, nə də yaxın ətrafda aşkar edilib.

Rəsmilər bildiriblər ki, insidentə baxmayaraq, stansiyanın fəaliyyətində heç bir nasazlıq, radiasiya sızması və ya təhlükə aşkarlanmayıb. Hadisə ilə bağlı araşdırma aparılır və dronların mənşəyi müəyyən edilməyə çalışılır.

Təhlükəsizlik ekspertləri hesab edirlər ki, belə halların artması fonunda Yaponiyanın kritik infrastrukturuna qarşı texnoloji casusluq və ya təxribat ehtimalı da nəzərdən keçirilməlidir.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyul 2025

27 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR