İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən iki il əvvəlkindən daha dəhşətli xəbərlər gəlir - Dəfn sistemi iflic vəziyyətdə

Çində COVID-19 nəticəsində ölənlərin sayının kəskin artması ilə əlaqədar krematoriyalarda yerlər dolub, insanlar bunun üçün növbə götürməli olurlar.

Musavat.com oxu.az-a istinadən xəbər verir ki, Pekin və Şanxayda sənaye işçiləri bildiriblər ki, onlar gecə-gündüz cəsədləri yandırırlar, “boş yerləri” isə yalnız yanvarın ortalarından sonraya sifariş etmək olar.

Ölkədə dəfn sistemi iflic vəziyyətə düşüb. Lunxua krematoriyalarından birinin nümayəndəsi hər gün 500-dən çox cəsədin qəbul edildiyini xəbər verib.

Qeyd edək ki, ölkədə sanitar məhdudiyyətlərin yumşaldılmasından sonra yoluxma halları kəskin artıb.

Pekin artıq koronavirusla bağlı gündəlik statistik məlumatların dərcini dayandırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR