Onlayn ictimai-siyasi qəzet
Çin 7 aydır Ermənistana səfir təyin etmir.
Musavat.com bu barədə bildirir. Erməni Amerika Araşdırmaları İnstitutunun direktoru Suren Sarkisyan deyib ki, bu, aydın mesajdır.
“Pekinin İrəvana göndərə biləcəyi yüzlərlə diplomatı var. Bunun bir neçə səbəbi mövcuddur. Yüksək səviyyədə verilən təminatlara baxmayaraq, Ermənistanın “Bir kəmər, bir yol” meqalayihəsinə maraq göstərməməsi; İrəvan Dini Etiqad Azadlığı üçün faktiki olaraq mövcud olmayan anti-Çin Alyansının bir hissəsi olaraq qalmaqda davam edir”-ekspert deyib.
Politoloq deyib ki, Ermənistan Tayvanın İqtisadiyyat Nazirini qəbul etdi, baxmayaraq ki, o, öz nümayəndələri ilə birbaşa təmasları istisna etməyi öhdəsinə götürdü.
Qeyd edib ki, Tayvan məsələsi ÇXR üçün ən həssas məsələdir.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ