Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Çində taxıl istehsalı ilk dəfə olaraq 700 milyon tonu keçəcək.
Musavat.com Sinxua agentliyinə istinadən xəbər veri ki, bu açıqlama ilə Çinin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyi rəsmi nümayəndəsi çıxış edib. Onun sözlərinə görə, bundan əvvəl taxıl məhsulu 9 il ardıcıl olaraq 650 milyon tondan yuxarı olub.
Ölkədə yaylıq dənli bitkilərin (o cümlədən buğda, arpa, yulaf və qarabaşaq yarması) və erkən yetişən çəltik sortlarının biçini artıq başa çatıb. Ümumi yay taxıl istehsalı 149,78 milyon ton təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən 3,63 milyon ton çoxdur. Erkən yetişən düyü məhsulu faktiki olaraq dəyişməz qalıb - 28,2 milyon ton.
Payız məhsul yığımı sürətlə davam edir. Nazirlik bildirib ki, bu günə qədər ölkə üzrə payızlıq dənli bitkilərin təxminən 82,5 faizi biçilib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ