İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində neft-qaz hasilatı rekord həddə çatıb

Çin Milli Enerji Administrasiyası (NEA) bildirib ki, ölkədə neft və təbii qaz hasilatı 2023-cü ildə 390 milyon ton neft ekvivalentini keçərək rekord həddə çatıb.

Məlumata görə, neft hasilatı son bir ildə 3 milyon tondan çox artaraq 208 milyon tona çatıb. Bu, dənizdə hasilatın əhəmiyyətli dərəcədə artması ilə əlaqədar olub - 62 milyon tona qədər. Şist neft hasilatı isə 4 milyon tonu keçərək tarixi maksimuma çatıb.

2023-cü ildə Çində qaz hasilatı 230 milyard kubmetr təşkil edib. Beləliklə, illik hasilatın artım tempi yeddinci aydır ki, 10 milyard kubmetr təşkil edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR