İnsanlara hürriyət, millətlərə istiqlal!

Cinayətə görə axtarılıb, saxta nömrə ilə maşın sürərkən TUTULUB

Yol hərəkəti qaydalarını pozduğuna görə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan “Jiquli” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən xəbərə görə, araşdırma zamanı məlum olub ki, nəqliyyat vasitəsini idarə etmə hüququ olmayan Abşeron rayon sakini Vidadi Yusifov Cinayət Məcəlləsinin müvafiq maddəsilə axtarışda olmaqla yanaşı, sözügedən “VAZ 2107” markalı avtomobili saxta üsulla hazırladığı 90-FL-009 dövlət qeydiyyat nişanları ilə etibarnaməsiz idarə edib.

Həmin şəxs barəsində inzibati qanunvericiliyə uyğun tədbirlər görülməklə sonrakı araşdırma üçün aidiyyəti polis orqanına təhfil verilib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR