İnsanlara hürriyət, millətlərə istiqlal!

"Cinayət xarakterli əməllərdə narkotik vasitələrin payı var"- Elşad Hacıyev

6718 nəfər narkotik vasitələrlə əlaqədar cinayət məsuliyyətinə cəlb edilib.

Musavat.com xəbər verir ku, bunu “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və  İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan “Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti” adlı tədbirdə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru  Elşad Hacıyev bildirib.

O qeyd edib ki, 9409 nəfərdə cinayət  faktı aşkarlanıb:"Aşkar olunan 3 ton 186 kiloqram narkotik vasitənin 310 tonu isə psixotrop maddədir.
Cəmiyyətin hər bir üzvü narkotiklə mübarizədə birgə fəaliyyət göstərməlidir. Həyata keçirilən tədbirlərin əsas məqsədi də insanları, xüsusulə də gəncləri zərərli  vərdişlərdən uzaq tutmaqdır. Ümumi cinayət faktları ilə bağlı statistika göstərir ki, cinayət xarakterli əməllərdə narkotik vasitələrin payı var". 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR