Onlayn ictimai-siyasi qəzet
Çin Ukrayna böhranı ilə bağlı sülh danışıqlarının tərəfdarıdır, lakin məsləhətləşmələr uzun çəkə bilər.
Trend-in məlumatına görə, bu barədə "Global Times" qəzeti Çin ekpertlərinə istinadən bildirib.
"Çin sülh danışıqları və atəşkəsdən razı qalacaq, o, bundan sonra hər iki [Rusiya və Ukrayna] tərəfində itki görmək istəmir", - deyə nəşr Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun analitiki Çjan Hunun sözlərini sitat gətirib.
Onun sözlərinə görə, Pekin Ukrayna münaqişəsinin bütün iştirakçılarının mövqelərini nəzərə alır. O qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ukrayna böhranı ilə bağlı siyasətində əhəmiyyətli düzəlişlər edib.
Çjan Hun hesab edir ki, ABŞ administrasiyası “görünür, [Ukrayna] münaqişəsinin nizamlanmasına çalışır”. O, bu prosesin “bəzi mənfi təsirlərlə” müşayiət olunacağını istisna etməyib.
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ