Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı Rusiyaya qarşı 16-cı sanksiyalar paketini tətbiq edib, 13 bankı SWIFT-dən ayırıb, həmçinin onlarla fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb.
Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, 74 tanker və 8 Kreml yönümlü KİV məhdudiyyətlərə məruz qalıb. Bundan əlavə, sanksiyalar 48 fiziki və 35 hüquqi şəxsə, eləcə də Çin, Hindistan, Qazaxıstan, BƏƏ və digər ölkələrdən olan 53 şirkətə təsir edib ki, bu da Brüsselin məlumatına görə, Rusiyaya əvvəllər tətbiq edilmiş məhdudiyyətlərdən yan keçməyə kömək edir.
Sanksiyalar arasında Rusiya Federasiyasının “kölgə donanması” adlandırılan 74 tanker də var. Aİ-nin fikrincə, bu gəmilər Qərbin neft sanksiyalarından yan keçmək üçün istifadə olunur.
İnformasiya sferasında Avropa İttifaqı Kreml yönümlü 8 media orqanını Rusiya təbliğatının aləti adlandıraraq yayımını qadağan edib.
Musavat.com
24 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ