İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin keçmiş sovet respublikalarının suveren dövlət statusuna hörmətlə yanaşır

Çin Sovet İttifaqının dağılmasından sonra keçmiş sovet respublikalarının suveren dövlət statusuna hörmətlə yanaşır.

AZƏRTAC xəbər verir ki, aprelin 24-də ənənəvi mətbuat konfransında Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmisi xanım Mao Nin Çinin Parisdəki səfiri Lu Şayenin Fransa mediasına açıqlamasında keçmiş sovet respublikaları ilə bağlı səsləndirdiyi fikirlərə dair sualı cavablandırarkən belə deyib.

Sovet İttifaqı dağılandan sonra keçmiş sovet respublikaları ilə diplomatik əlaqələr quran ilk ölkələrdən birinin məhz Çin olduğunu vurğulayan Mao Nin əlavə edib ki, diplomatik əlaqələr qurulandan bəri Çin həmin ölkələrlə ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əməl edir.

Çin XİN rəsmisi bəzilərinin Çinin Ukrayna məsələsindəki mövqeyini təhrif etdiyini qeyd edərək, rəsmi Pekinin bu məsələdə mövqeyinin dəyişmədiyini, ərazi suverenliyi ilə bağlı məsələlərdə Çinin mövqeyinin aydın və ardıcıl olduğunu, Çinin bütün ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət etdiyini, BMT nizamnaməsinin məqsəd və prinsiplərini dəstəklədiyini bildirib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR