İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin iqtisadiyyatı tam açıldığı təqdirdə neftin qiyməti 110 dollara qalxa bilər

Xammalın, xüsusən də neftin qiymətlərinin dinamikası Ay təqvimi ilə Yeni il bayramı baş çatdıqdan sonra (yanvarın axırları) Çin iqtisadiyyatının açılış tempindən asılı olacaq.

AZƏRTAC Bloomberg televiziyasına istinadla xəbər verir ki, bu barədə “Goldman Sachs Group Inc.” kompaniyasının əmtəə analitiki Ceffri Karri bildirib. Onun proqnozuna görə, Çin və digər Asiya ölkələri karantin məhdudiyyətlərini tamamilə ləğv edərsə, hər şey əvvəlki axarına qayıdarsa, Brent neftinin qiyməti 2023-cü ilin üçüncü rübündə 110 dollar/barelə yüksələcək.

Bakı vaxtı ilə bu gün saat 12:00-a olan məlumata əsasən, ICE Futures birjasında Brent markalı neftin mart fyuçersləri bir barel üçün 82,78 dollara satılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR