İnsanlara hürriyət, millətlərə istiqlal!

"Çin-Filippin gəmiləri arasındakı insident üçtərəfli əməkdaşlığı gücləndirib"

"Çin-Filippin gəmiləri arasındakı insident üçtərəfli əməkdaşlığı gücləndirib".

Bu sözləri Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.

elxan.jpg (68 KB)

Politoloq xatırladıb ki, Filippin, Yaponiya və ABŞ nümayəndələri dekabrın 10-da Tokioda üçtərəfli görüş keçiriblər. Bir gün sonra yayımlanan birgə bəyanatda üç ölkənin beynəlxalq hüquqa əsaslanan regional dəniz problemlərini daha yaxından əlaqələndirmək razılaşdırılıb.

"Üç tərəfdaş arasında sammit bu ilin aprel ayında keçirilib. Çin gəmilərinin bir müddət Qərbi Filippin dənizində Filippin Sahil Mühafizəsinin gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsi 3 dövlətin yenidən birgə toplantısını şərtləndirib. Hər 3 ölkə Çinin regional planlarından narahatdır.

Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcəyini noyabr ayında açıqlamışdılar.

Yaponiyanın xarici işlər naziri Takesi İvaya və onun filippinli həmkarı Enrike Manalo İtaliyada keçirilən G7 sammiti çərçivəsində bu barədə razılıq əldə etmişdilər. Yaponiyanın xarici işlər naziri açıqlamasında söyləmişdi ki, Cənubi Çin dənizindəki vəziyyət də daxil olmaqla beynəlxalq məsələləri və münaqişələri sülh yolu ilə həll etmək üçün fundamental dəyərləri və prinsipləri paylaşdığı Filippinlə sıx əməkdaşlıq etmək istəyirlər.

3 ölkə arasında birgə müzakirəni aktuallaşdıran səbəb avqust ayında Çin və Filippin gəmiləri arasında yaşanan insident idi. Bu səbəbdən ABŞ, Yaponiya və Filippin Dəniz Hüququ Konvensiyasına əsaslanaraq Hind-Sakit Okeanı qorumaq məqsədilə birgə əməkdaşlığa üstünlük veriblər. Tərəflər əməkdaşlığın indiki səviyyəsini mühüm mərhələ adlandırıblar. 3 ölkə bununla kifayətlənmək istəməyərək üçtərəfli əməkdaşlığın mümkün institusionallaşdırılmasını da müzakirə ediblər. Bu o deməkdir ki, 3 dövlətin dövlət strukturlarının tamamının birgə əməkdaşlığı nəzərdə tutulub.

Bu əməkdaşlığa Filippinin daha çox ehtiyacı var. Çünki Filippin və Çin gəmiləri daha çox üz-üzə gəlirlər. Bu isə gərginliyin artmasına yol açır. Filippinin müttəfiqlərinin dəstəyinə ehtiyacı var. Filippin ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən birinə çevrilib. Hər iki ölkə silahlı hücumlar zamanı digərini müdafiə etmək barədə qarşılıqlı Müdafiə Müqaviləsi imzalayıb", - politoloq qeyd edib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR