İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin bu ilin doqquz ayında Rusiyadan neft idxalını 8,8 faiz artırıb

Yanvar-sentyabr aylarında Rusiya neftinin Çinə tədarükü illik müqayisədə təxminən 8,8 faiz artaraq 64,25 milyon tona çatıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb. Qurumun məlumatına əsasən, bu ilin doqquz ayında ÇXR-in Rusiyadan idxal etdiyi enerji daşıyıcılarının dəyəri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 44,06 milyard dollar təşkil edib.

Statistikaya görə, Rusiya avqust ayında olduğu kimi, sentyabrda da Çinə neft tədarük edən ölkələr arasında ikinci yeri tutub. Yanvar-sentyabr aylarında ÇXR-ə 49,79 milyard dollarlıq 65,83 milyon ton neft satan Səudiyyə Ərəbistanı bu göstəriciyə görə ilk yerdə qərarlaşıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR