İnsanlara hürriyət, millətlərə istiqlal!

“Chevron” rəqibini 60 milyard dollara “uddu”

Amerikanın neft-qaz nəhəngi “Chevron” rəqibi “Hess Corporation” şirkətini 53 milyard dollara alır. Şirkətin yaydığı bəyanata görə, “Hess”in borclarını da nəzərə aldıqda, ümumi alqı-satqı məbləği 60 milyard dollara çatır.

Əməliyyatın 2024-cü ilin birinci yarısında bağlanacağı gözlənilir. “Chevron”un baş direktoru Mayk Virth bildirib ki, onun həyata keçirilməsi korporasiyaya “uzunmüddətli fəaliyyətini gücləndirməyə və portfelini dünya səviyyəli aktivlərlə genişləndirməyə” imkan verəcək.

Daha əvvəl Financial Times-a müsahibəsində Wirth Beynəlxalq Enerji Agentliyinin bu onilliyin sonuna qədər qalıq yanacağa tələbatın pik həddinə çatacağı proqnozlarını tənqid etmişdi: “Mən onların heç də düzgün olduğunu düşünmürəm. Ssenarilər qura bilərsiniz, amma biz real dünyada yaşayırıq və real ehtiyacları ödəmək üçün kapital ayırmalıyıq".

Financial Times qeyd edir ki, “Chevron” “Hess”i “udmaqla” qalıq yanacağa tələbatın qarşıdakı onilliklərdə davamlı qalacağına dair mərcini ikiqat artırmış olur.

Qeyd edək ki, hər iki ABŞ şirkəti Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsinin işitrakçısı olub. “Hess” layihədən 2012-ci ildə, “Chevron” isə 2020-ci ildə çıxıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR