İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyk Sallivanın Kiyevə qəfil səfəri hər kəsdə maraq oyatdı

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan gözlənilməz səfərlə Kiyevə gəlib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, burada o, Ukrayna prezidenti Vladimir Zelenski və digər yüksək vəzifəli rəsmilərlə görüşüb.

Sallivan bir daha Ağ Ev tərəfindən yüksək dəstək veriləcəyini vurğulayıb. ABŞ rəsmisi Ukraynaya əlavə 400 milyon dollarlıq yardım paketini də açıqlayıb. Buraya təkmilləşdirilmiş T-72 tankları və dronlar, eləcə də yüksək dəqiqli yer-hava raketləri daxildir. Ukrayna bir neçə müddətdir cənubda başlatdığı əks-hücum əməliyyatlarına görə məhz belə silahların verilməsində israr edirdi.

Ceyk Sallivan həmçinin ABŞ-ın Ukraynaya iqtisadi və humanitar yardımı davam etdirəcəyini təsdiqləyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR