İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramov BMT rəsmisi ilə bu məsələni müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Bu barədə Musavat.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib.

C.Bayramov ölkəmiz tərəfindən, xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb.

Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub.

İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik tərəfindən yaxından töhfə veriləcəyini bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR