İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiyanın keçmiş prezidenti xəstəxanalıq oldu

Çexiyanın keçmiş prezidenti Miloş Zeman şəkər xəstəliyinin ağırlaşması səbəbindən Praqada xəstəxanaya yerləşdirilib.

Eks-prezident Motol xəstəxanasına aparılıb.

Məlumata görə, o xəstəxanada təxminən bir həftə qalacaq.

Qeyd edək ki, sentyabrın 28-də 80 yaşı tamam olan Zeman xroniki xəstəliklərdən əziyyət çəkir və əlil arabasından istifadə edir. Eyni zamanda o, yaşını nəzərə alaraq özünü sağlam hiss etdiyini daim vurğulayır.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR