İnsanlara hürriyət, millətlərə istiqlal!

Çexiya seçkiləri - ehtiyatda olan generalın şansı yüksəkdir

Çexiyada prezident seçkilərinin birinci turunun nəticələrinə görə, keçmiş NATO generalı Petr Pavel gözlənilmədən eks-baş nazir Andrey Babişlə səslərin sayında önə çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səsvermənin birinci turunun finalı son dərəcə dramatik keçib.

Səslərin hesablanması başlayandan uzun müddət boyu yarışda Babiş lider olub. Lakin böyük şəhərlərdən nəticələr gəlməyə başlayanda Pavel rəqibini qabaqlayıb.

Namizədlər arasında fərq bir faizdən də azdır. Səslərin 99,6%-nin hesablanmasına görə, Pavel 35,34%, Babiş 35,04% səslə liderdir.

Qeyd edək ki, Petr Pavel əsasən paytaxt Praqada seçicilər arasında böyük qələbə qazanıb. Onun Çexiya paytaxtında dəstəyi hətta ilk turda seçilmək üçün tələb olunan 50%-lik həddi də keçib. Çexiya prezidenti postuna əsas namizədlərdən biri, 14 faizlə üçüncü sıranı tutan Danuşe Nerudova Petr Pavelin Babiş üzərində qələbəsi naminə onu dəstəklədiyini bəyan edib.

Çexiya Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin eks-sədri Petr Pavel qatı qərbpərəstdir və Ukraynaya gələcək hərbi yardımı, eləcə də avronun qəbulunu dəstəkləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR