İnsanlara hürriyət, millətlərə istiqlal!

Cermux istiqamətindən Ermənistanın hərbi əməliyyatı gözlənilir - SENSASİON AÇIQLAMA

“Fransa Ermənistanı təhrik edir ki, Cermux (İstisu- Kəlbəcər) istiqamətindən Azərbaycana hücum etsin”.

Musavat.com xəbər ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu TV Musavat-ın efirində deyib.

Mötəbər mənbəyə istinad edən Rauf Arifoğlunun sözlərinə görə, ermənilər hesab edirlər ki, Cermuxda və Azərbaycanın nəzarətində olan yüksəkliklər Ermənistana aiddir. Ermənistanın xəritəsində həmin yüksəkliklər var.

Foto_Rauf_Arifoglu (3).jpg (2.51 MB)

“Ermənilər bizim 3-4 postumuzu tutmaqla bölgədə gərginlik yaratmaq, sülh gündəmini pozmaq və bununla da Azərbaycanın əks-həmləsini əldə etməklə sanksiyalara səbəb olmağı planlayırlar. Cermux istiqamətindən Ermənistanın hərbi əməliyyatı gözlənilir.

Ancaq reallıqda vəziyyət elədir ki, buna da risk etmirlər. Plan da, ssenari və müzakirə də mövcuddur. Ancaq qüvvələr nisbəti elədir ki, buna görə cəsarət edə bilmirlər. Azərbaycan çox üstündür”, - R.Arifoğlu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR