İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Qafqazda turizm: Ən az gəliri Azərbaycan əldə edir  

2018-2024-cü illərdə Cənubi Qafqaz ölkələrində turizmdən gəlirlər fərqli olub.

Musavat.com-un xəbərinə görə, iqtisadçı-ekspert Samir Əliyev bildirib ki, pandemiya hər 3 ölkənin turizm sektoruna mənfi təsir göstərsə də, Rusiya-Ukrayna müharibəsindən daha çox faydalanan Gürcüstan və Ermənistan olub.

Ekspert qeyd edir ki, Azərbaycan quru sərhədlərini bağlamaqla Rusiya və Ukraynadan gələn turist axınlarının qarşısını almağa üstünlük verib: “Görünən odur ki, ən çox qazanc Gürcüstana məxsusdur və bu ölkədə turizmdən gəlirlər ilbəil artır. 2023-cü ildə turizmdən 4,1 milyard dollar qazanıb və 2024-cü ildə bu göstəricinin daha da çox olacağını ehtimal etmək olar. Ermənistanda isə əksinə, 2022-2023-cü illərdəki artımdan sonra 2024-cü ildə nisbətən azalmanın olmasını gözləmək olar. Turizmdən gələn gəlirlər üzrə hər iki ölkədən geri qalan Azərbaycanın son 5 ilin artım tempini saxlaya biləcəyini güman etmək olar. Çünki 2023-cü ilin 9 ayında turizmdən gəlirlərin həcmi 1,1 milyard dollar olduğu halda 2024-cü ilin müvafiq dövründə bu göstərici 1,6 milyard dollara çatıb. Artımda ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29 tədbirinin xüsusi töhfəsini qeyd etmək olar”.

S.Əliyev bildirir ki, Azərbaycan turizm gəlirləri üzrə 2024-cü ildə 2019-cu ilin göstəricisini (1,8 milyard dollar) üstələsə də, 2018-ci il göstəricisinə (2,6 milyard dollar) 2026-cı ildən tez çatması real görünmür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Mart 2025

BÜTÜN XƏBƏRLƏR