İnsanlara hürriyət, millətlərə istiqlal!

Cənubi Koreyadan ABŞ-a ŞOK TƏKLİF - Baydenin cavabı BƏLLİ OLDU

Bu il rekord sayda raket sınaqları həyata keçirən Şimali Koreya rəhbərliyinə cavab vermək üçün rəsmi Seul ilə münasibətlərini dərinləşdirən ABŞ 4 ildən sonra ilk dəfə döyüş təyyarələrini Cənubi Koreyada yerləşdirib.

Musavat.com xəbər verir ki, iki ölkə genişləndirilmiş çəkindirmə strategiyası çərçivəsində həyata keçirdikləri ardıcıl təlimlərlə Pxenyan rəhbərliyinə mesaj göndərir, Şimali Koreya isə ABŞ-Cənubi Koreya hərbi təlimlərini işğal məşqi kimi qiymətləndirir.

İki ölkə arasındakı yaxınlaşmanın bölgədəki gərginliyi artırdığı bir vaxtda dünən Cənubi Koreya prezidenti Yoon Suk-yeol Şimali Koreyanı daha da qəzəbləndirəcək bir açıqlama verərək ABŞ-la birgə nüvə təlimini müzakirə etdiklərini açıqlayıb.

63b3d7adc03c0e125c541097.jpg (52 KB)

“Chosun Ilbo” qəzetinə danışan Cənubi Koreya prezidenti nüvə silahı ilə bağlı birgə hərbi təlim təklifinin dəyərləndirildiyini və ABŞ rəsmilərinin bu məsələyə “kifayət qədər müsbət” yanaşdığını vurğulayıb.

"Nüvə silahları ABŞ-a məxsus olsa da, kəşfiyyat məlumatlarının mübadiləsi, planlaşdırılması və təlim iki ölkə tərəfindən birgə həyata keçirilməlidir", - Yoon Suk-yeol deyib.

Lakin Cənubi Koreyanın təklifi ABŞ prezidenti Co Bayden tərəfindən şəxsən rədd edilib.

63b3d7bbc03c0e125c541099.jpg (58 KB)

Vircin adalarından Vaşinqtona qayıdarkən Ağ Evin bağçasında jurnalistlərin suallarını cavablandıran ABŞ prezidenti "Cənubi Koreya ilə birgə nüvə təlimi müzakirə olunurmu?" sualına “yox” cavabını verib.

Qeyd edək ki, bu, keçən may ayında vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidentinin ABŞ-la ilk problemi deyil.

İddia olunurdu ki, 62 yaşlı lider sentyabrda BMT-nin sammitində mikrofonun açıq olduğunu unudub və ABŞ rəsmiləri haqqında təhqiramiz ifadələr işlədib.

Yoon Suk-yeol bu iddiaların həqiqətə uyğun olmadığını bildirsə də, müxalifət Yoonu Baydeni təhqir etməkdə və Cənubi Koreyanı aşağılamaqda ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR