İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəmi iki ay sonra – Arvadı erməni olanın...

Bədnam senator Robert Menendeze qarşı ABŞ-da yeni ittiham irəli sürülüb. Azərbaycanın qatı düşmənlərindən və aşırı türkofoblardan olan bu zat istintaqa əngəl yaratmaq cəhdlərinə görə növbəti ittihamla üzləşib.

Erməni tayfası belədir. Kim onunla oturub-durursa, gec-tez nəinki “eyni rəngi” alır, həm də eyni xasiyyəti götürür. Məlum məxluqat kimi sırtıq, saxtakar və hiyləgər olur. İndi bu Senatın Xarici Əlaqələr Komitəsinin artıq keçmiş sədri, arvadı erməni Bob Menendez də...

Allah kəssin erməni lobbisi verən çörəyi. Ondansa quru soğan-çörək ye, kişi kimi yaşa. Vicdanın da sakit olsun - əgər təbii ki, o səndə varsa. Çünki vicdanlı, dürüst, halal şəxs haram yeməz, çirkli pul qarşılığında Azərbaycana və onun dünyada bəlkə də ən tolerant, nəcib, ipək kimi xalqına iftira atmaz. Bu hər şeydən öncə şərəfsizlikdir.

Uca Yaradana şəkk edənə lənət. İlahi mizan-tərəzi həqiqətən mövcuddur. Kim bilir öz postunda qalsaydı bu yaramaz əleyhimizə daha hansı oyunlardan çıxacaqdı. Doğru, Konqresdə onun kimi əqidəsini 5 qəpiyə satanlar hələ qalır. Özü də az sayılmazlar. Amma inanırıq ki, onlar da nə vaxtsa Menendez kimi “dimdikləri”ndən ilişib rüsvay olacaqlar.

MENEN.jpeg (110 KB)

Diqqət edin, Bob Menendez və “əqidədaşları” on illərdir ABŞ Konqresində küllənirlər. Ancaq dillərindən bircə dəfə “Azərbaycanın ərazi bütövlüyü” ifadəsi çıxmayıb, bir milyon azərbaycanlı qaçqın-köçkünün də insan olduğu ağıllarına gəlməyib, ərazimizdə erməni ikiayaqlıların törətdiyi bəşəriyyət əleyhinə cinayətlərə bircə dəfə etiraz bildirməyiblər. Gəl ki, beynəlxalq hüquqa, beynəlxalq qanunlara ləkə olan bu “seçilmişlər” dünyanın ən qüdrətli bir dövlətin qanunverici orqanında qanun “düzəltməklə” məşğuldurlar. “Demokratiya beşiyi”nə bax...

Mətləbdən uzaqlaşmayaq. Bəlli ki, Menendez korrupsiya üzrə bir necə maddə üzrə günahkar bilinir. Ötən ilin sentyabrında ona və erməni həyat yoldaşı Nadine Arslanyana 3 amerikalı iş adamı ilə korrupsioner sövdələşmələrdə iştirak və yüz minlərlə dollar rüşvət alma ilə bağlı ittihamlar irəli sürülüb.

Sən demə, vəzifəsindən sui-istifadə edən senator rüşvət qismində nağd pul, qızıl külçələr, bahalı avtomobillər və digər qiymətli əşyalar alıb. Daha sonra Birləşmiş Ştatların Ədliyyə Nazirliyi ona əlavə ittihamlar elan edib. R.Menendez üstəlik, Misir və Qətərə işləyən, lakin qeydiyyatdan keçməmiş xarici agent qismində ittiham olunub...

Bax belə. Yada salaq ki, 2015-ci ildə də o, korrupsiya əməlində suçlanmışdı. Amma bu dəfə möhkəm ilişib. Məlumatlara görə, sadalanan ağır ittihamların altından çıxmaq çətin olacaq. Lap dəqiqi, mümkün olmayacaq.

Ancaq həyasızlığın dərəcəsinə bax ki, adam korrupsiyada suçlanmasına rəğmən, bu arada Azərbaycan əleyhinə alçaqcasına təzə qətnamə layihəsi təşəbbüsü ilə çıxış edib.

Mayın 6-da onun və arvadının məhkəməsidir. Maraqlı olacaq. Çünki bu həm də erməni lobbisi üzərində ifşaedici proses kimi tarixə düşə bilər. Sağ əlləri yerdə qalan ermənipərəst senatorların və konqresmenlərin başlarına. Onların bir topası da Fransa Senatındadır...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR