İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda qoyun oğruları SAXLANILDI

Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda üç yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlayan şəxslər müəyyən olunub.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR